İsrail İslama döyüş elan etdi

İşğalçı sionist rejiminin "Əl Xarab" sinaqoqunu açması Fələstin və Ərəb ölkələrində din adamlarını və İslami təşkilatları ayağa qaldırıb.

İslam-Azeri.az internet qəzetinin Ərəb mətbuatına istinadən verdiyi xəbərə görə İsrail tərəfi dünən "Əl Xarab" (Xarabalıqdakı sinaqoq mənasını verir) sinaqoqunun açılışını rəsmən etməsədə açılış edib.

Bundan sonra Həmas 16 martı Əl Əqsa məscidinin müdafiəsi günü elan edərək Fələstinliləri və Ərəbləri Əl Əqsanın müdafiəsinə qalmağa çağırıb.

Həmasın siyasətçilərindən olan İzzət Əl Rəşşaq İsrailin bu addımını belə şərh edib: ""Əl Xarab" sinaqoqunun açılması, fələstinlilərin Əl Əqsadan uzaqlaşdırmaq cəhdləri İsrailin İslam dünyasına müharibə elan etməsi anlamına gəlir".

Həmas üzvü Ramalla administrasiyasının rəhbəri Mahmud Abbası İsrail ilə danışıqları dayandırmağa çağırıraq belə bir zamanda danışıqları ağılsızlıq adlandırıb.

Fələstinli şeyxlərdən olan Nəcmi Bukeyrat isə İsrailin bu addınına münasibət belə olub: "İsrail sion əvsanələrini həyata keçirmək istəyir. Yəni əvsanələrində bu adda sinaqoqun Əl Əqsanın dağıntıları üstündə tikiləcəyi göstəririlir. Onlar isə Əl Əqsanın dağılmasına çox ümidlidirlər. Əlbəttə ki, İslam ümməti buna imkan verməyəcəkdir, bunu sionistlər bilmiş olsun".

Misirdə müsəlmanlar ayağa qalxıb. Bu səbəbə görə Misirdə İsrail rəsmilərinin iştirakı ilə açılması gözlənilən sinaqoq haqqında Mübarək höküməti ehtiyyatlı davranaraq bu tədbiri təxirə salıb.

İordaniyada da müsəlmanlar hər zaman Qüdsə doğru hərəkətə hazır olduqlarını önə çəkiblər.

Qeyd edək ki, Əhli Beytdən nəql edilən rəvayətlərə görə Qüds İslam qoşunları tərəfindən azad ediləcək!

В этом разделе