İsrail inciməsin, bu bölgənin böyük ölkəsi bizik-Türkiyə XİN

Əhməd Davudoğlu

Türkiyə XİN rəhbəri İsrailə atmaca atıb

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu qonağı olduğu "kanal-7" televiziyasının yayımladığı bir proqramda İsrailin Türkiyə dövlətindən narahatçılıq duyduğunu bildirib, - "deyerler" "haber7"ə istinadən xəbər verir.

"İnciməsinlər, bu bölgənin böyük ölkəsi bizik", - deyə Türkiyə XİN rəhbəri İsrailə atmaca atıb.


Qəzzaya yola düşəcək ikinci "Mavi Mərmərə" gəmisinin Fələstinə getməməsi ilə bağlı ABŞ-dan hər hansı bir tələbin gəlmədiyi bildirən Davudoğlu, eyni zamanda sivil toplum təşkilatlarının hökumət tərəfindən əngəllənəməyəcəyini vuğulayıb.

"Amerika "Azadlıq donanması"nın qarşısını almaqla bağlı bəyanatlardansa, Qəzzadakı problemin həll edilməsi istiqamətində İsrailə tövsiyələr versin", - deyə bildirən Türkiyə

XİN rəhbəri, İsraildən də Fələstində qurulacaq yeni hökuməti tanımasını istəyib.

В этом разделе