İsrail fələstinlilərə vergi ödənişlərini bərpa etdi

İsrail rejimi vergi ödənişlərinin Fələstin Milli Adminstrasiyasına verilməsini bərpa etmək qərarına gəlib

Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib, - "Deyerler" “İnterfaks”a istinadən xəbər verir.

Netanyaho bildirib ki, İsrailin maliyyə naziri Yair Lapid yaxın vaxtlarda Fələstinə ödənişləri bərpa edəcək.

Qeyd edək ki, 2012-ci ildə Netanyaho Fələstin torpaqlarından alınan vergiləri öz büdcələrinə toplamaq barədə qərar vermişdi. Bununla onlar Fələstinin FƏTH təşkilatını HƏMAS ilə sülh danışıqlarına başlamalarına görə cəzalandırdıqlarını bildirirdilər. İsrail ABŞ prezidenti Barak Obamanın səfərindən sonra bu vergiləri bərpa etmək qərarına gəlib.

В этом разделе