İsrail Fələstin məscidini yandırıb

İsrail ekstremistləri işğal olunmuş Fələstin torpaqlarında yerləşən məscidi yandırmış, divarlarına ivrit əlifbası ilə yazılar yazmışlar.



İslam-Azeri.az İnternet Qəzetinin "Press TV"-yə istinadən verdiyi xəbərə görə, Əl-Muğayer kəndinin meri məscidin yandırılması ilə bağlı deyib: "Təkər şinlərini kənd məscidinin içində yandırıblar, bununla bütün tikintini yandırmaq istədikləri aşıq-aşkar ortadadır".

Fərəc-Əl Nassanın dediyinə görə, onlar məscidin yandığını çərşənbə axşamı sübh namazına getdikləri zaman görüblər.

İsrail polisləri və mühacirləri tez-tez isğal olunmuş Fələstin torpaqlarında yerləşən məcidlərə hücum edirlər.

İsrailin hərbi buldozerləri noyabr ayında məcid və bir neçə ictimai əhəmiyyətli binanı dağıdıblar.

Qeyd edək ki, İsrail Fələstin torpaqlarının 60 faizini hələ də işğal altında saxlayır və bu ərazilərdə qanunsuz şəkildə ərazilərini genişləndirib yəhudilər üçün yaşayış qəsəbələri salırlar


В этом разделе