İlk görüş Amerikanın ev sahibliyi ilə sentyabrın 2-də baş tutacaq
Sentyabrın 2-si İsrail və Fələstin rəhbərliyi Vaşinqtonda növbəti danışıqlara başlayacaq. "ANS PRESS" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Hillari Klinton məlumat verib.
Onun sözlərinə görə, görüş ABŞ prezidenti Barak Obamanın iştirakı ilə baş tutacaq.
Klinton onu da deyib ki, ilk görüşə Misir və İordaniya liderləri də dəvət edilib və ABŞ bir il ərzində bölgədə genişmiqyaslı bir sülh razılaşmasının əldə olunacağına ümid edir.
“Keçmişdə çətinliklər oldu. İrəlidə də bu cür çətinliklər ola bilər. Amma mən tərəflərdən çətinliklərə rəğmən ədalətli bir razılaşma əldə etmək üçün əzmlə səy göstərmələrini tələb etdim”, - deyə Klinton bildirib.