İsrail əsgərləri Suriya üsyançılarının tərəfində vuruşur

Suriyada 40 İsrail zabiti hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak edirlər

SalamNews-un IribNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın Dam-Press İnformasiya Agentliyi məlumat verib. Məlumata əsasən, “Azad Suriya Ordusunun” Suriyada xalq hakimiyyətini devirmək tapşırığının öhdəsindən gələ bilmədiyi üçün, ABŞ İsrail zabitlərinin müxalifət qruplaşmalarına küçə döyüşləri taktikası üzrə təlim keçmələri məqsədi ilə Suriyaya yollayıb.

Suriya KİV-ləri məlumat veriblər ki, 40 İsrail zabiti Suriyaya gəldikdən sonra 20 nəfər olmaqla iki qrupa ayrılıblar. Onlardan biri Hələb vilayətinə, digəri Dəməşqə yollanıb. İsraillilər Dəməşqdəki beynəlxalq hava limanı yaxınlığındakı son toqquşmalarda iştirak ediblər. Suriya ordu qüvvələri bu əməliyyatda müxalifətçilərə ağır zərbə endiriblər, İsrail zabitləri Hələbə vilayətinə qaçmalı olublar.

В этом разделе