10 gündən çoxdur ki, İsrail əsgərlərinin nəzarətində olan əl-Əqsa məscidinə giriş-çıxışa icazə verilib.
Belə ki, günorta namazından sonra əl-Əqsa məscidinin qapılarında dayanan təhlükəsizlik qüvvələrinin böyük bir hissəsinin geri çəkildiyi xəbər verilir. Məscidin ətrafındakı “Mərakeşlilər qapısı” adlanan qapıdan başqa bütün keçidlərin açıldığını bildirən rəsmilər, uzun müddətdir ki, yaşı 50-dən az olan kişilərin məscidə buraxılmaması qadağasının da aradan qaldırıldığını deyiblər. Qüds şəhəri üzrə Təhlükəsizlik İdarəsinin müdiri Ahoran Franko günorta namazının qarşıdurmasız başa çatacağı təqdirdə vəziyyətin normallaşacağı mesajını vermişdi.
Məlumat üçün qeyd edək ki, əl-Əqsa məscidi ətrafında məscidə 11 giriş qapısı açılır. Bunlardan 10-nun giriş üçün açıldığı bildirilib. “Qızıl qapı” və “Mərhəmət qapısı” Səlahəddin Eyyubi dövründən etibarən bağlı saxlanılır.Yəhudilərin ibadət yeri olan “Ağlama divarı” tərəfindəki “Mərakeşlilər qapısı” isə yəhudi ziyarətçilər və turistlər üçün istifadə edilir.
/timeturk/
/AzeriMuslims/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016