İsrail beynəlxalq yardım təşkilatlarını Fələstindən çıxarır

İordan çayının qərb sahilində və Qüdsün şərq hissəsində fəaliyyət göstərən humanitar yardım və xeyriyyə təşkilatlarının işçilərinə işçi vizası verilmir.

İngiltərənin “Tayms” qəzeitndə dərc edilən xəbərə görə, İsrailin Daxili İşlər Nazirliyi bu ilin əvvəlindən etibarən “Oksfam”, “Sərhədsiz həkimlər” və “Uşaqları Xilas edin” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının işçilərinə işçi vizası verilməsini dayandırıb. Xəbərdə İsrail DİN-in sözügedən təşkilatların işçilərinə yalnız turist vizası turist vizası verdiyi qeyd edilib. Sözügedən təşkilatların nümayəndələri isə Təl-Əvivinin bu addımı ucbatından bölgdə yardım fəaliyyətlərinin pozulmasından narahatlıqlıqlarını ifadə ediblər.

Qəzetə müsahibə verən “Sərhədsiz Həkimlər” təşkilatının Qüds üzrə nümayəndəsi Jan Luk Lambert bunun qanuni baxımdan təhlükəli bir vəziyyət olduğunu deyib. Lambert İsrail tərəfinin təşkilatın nümayəndələrinə işçi vizası verməməsinin fəaliyyətlərinə mənfi tsir etdiyini qeyd edib. Digər humanitar yardım təşkilatlarından birinin nümayəndəsi isə İsrailin bu addımını beynəlxalq yardım təşkilatlarının regiondan uzaqlaşdırılması istiqamətində ilk addım kimi xarakterizə edib.

İsrailin Daxili İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı yayılan xəbərləri təkzib edib.

/dunyabulteni/

/AzeriMuslims/

В этом разделе