İsmayıl Haniyənin evi vuruldu

Fələstin baş nazirinin evi atəşə tutulub

İsrailin Qəzza sektoruna hücumu davam edir. 313news.net-in AA-ya istinadlı məlumatına görə, İsrailin hərbi gəmiləri Fələstinin baş naziri İsmayıl Haniyənin evini hədəfə alıb. Məlumata əsasən, atılan bombalardan biri baş nazirin bağçasındakı generatora dəyərək yanğın törədib.

Məlumata əsasən artıq yaralıların sayı 200-ə çatır.

İsrail ordusunun sözcüsü isə əmr aldıqlarını və bu gecənin fələstinlilər üçün sakit keçməyəcəyini bildirib.

Qeyd edək ki, İsrailin Fələstini həm havadan, həm dənizdən, həm də qurudan atəşə tutduğu bildirilir.

В этом разделе