“İslam ölkələrində baş verənlər ABŞ xüsusi xidmət orqanlarının işidir”

“Hizbullah” təşkilatının lideri Həsən Nəsrallah son günlər İslam ölkələrində etirazlara səbəb olmuş filmin məsuliyyətinin ABŞ-a aid olduğunu bildirib.

Bu ölkənin söz azadlığı adıyla ikili standarta yol verdiyini deyən Nəsrallah ABŞ-ın filmin yayılmasına göstərdiyi reaksiya ilə bunu isbat etdiyini deyib. Livanın “əl-Manar” telekanalında çıxış edən “Hizbullah” lideri müsəlmanların lazımi cavabı verməli olduğunu vurğulayıb.

“İslam ümməti lazımi cavabı verməlidir. İslam dininə qarşı bir çox dəfə analoji addım atıldı. Buna misal olaraq Salman Rüşdünün kitabını, Terri Consun Quranı yandırması və s. göstərilə bilər. Bunlar, ABŞ xüsusi xidmət orqanlarının işləridir. Müsəlmanlar ABŞ-dan bu filmin dayandırılmasını tələb edir. Amma lazımi addımlar atılmır və film internetdən yığışdırılmır” – deyə Həsən Nasralah bildirib.

İslam dünyasının xüsusi və əhəmiyyətli bir dövrü yaşadığını deyən Nəsrallah müsəlmanları çox diqqətli olmağa çağırıb. ABŞ konqresinin müsəlmanlara istiqamətlənmiş hücumları cinayət qəbul edən qanun qəbul etməsi üçün bu ölkədəki müsəlmanları səy göstərməyə səsləyən lider Roma papasının ziyarəti vaxtı livanlı müsəlmanların kifayət qədər tolerantlıq nümayiş etdirdiyini xatırladıb.

İslam ölkələri liderlərini təcili keçiriləcək toplantı ilə müzakirələrə səsləyən “Hizbullah” rəhbəri siyasətçilərin də bu filmə münasibət bildirməsinin vacibliyini vurğulayıb.

qaynar.info

В этом разделе