İşğalçı İsrail ordusu yenidən Qəzzaya hücum edib

“Yeni Şərq”in Fələstin mənbələrinə istinadən verdiyi məlumata görə, ötən gün İsrail hərbi qüvvələri yenidən Qəzza sektoru ərazisinə hücum edib.

Məlumata əsasən, Qəzzanın şimalındakı Cəbəliyyə qaçqın düşərgəsi istiqamətində hücum edən işğalçı İsrail ordusu fələstinlilərin ciddi müqavimətilə üzləşib. Tərəflərin itkisi haqda hələ ki, məlumat verilmir.
Fələstin İnformasiya Mərkəzi israilli hərbi qüvvələrin İordan çayının qərb sahili bölgəsində əl-Xəlil ərazisinə də soxulub və burada bir yeniyetməni oğurlayaraq, qaçırıb. Fələstinlilər bu hücumlara cavab olaraq, İsrailin cənub rayonlarına raket atıb. 
İsrailin son təcavüzkar hücumları BMT-də bu rejimin işğalçı siyasətinə qarşı yeni qətnamənin qəbul olunduğu vaxta təsadüf edir. Görünür, İsrail BMT-dən əsən küləkləri özünəməxsus tərzdə dəf etdiyi nümayiş etdirir. 
“Yeni Şərq”


В этом разделе