”İşgal dövləti 5 milyon Yəhudini Qüdsdə məskunlaşdıracaq”

Media-İslam.Com saytının Fələstin Xəbərə istinadən verdiyi xəbərə əsasən Sionist işğal dövlətinin “Böyük Qüds* proyektini tətbiq etdiyi ifadə edilir.

Qüdsdə Ərəb Araşdırmalar Mərkəzində Xəritələr və Ölçümlər Dairəsi Müdiri olan Xəlil Tüfəngçi, Sionist işğal dövlətinin Qərb Yaxanın 10%ni da içinə alan “Böyük Qüds” proyektini tətbiq mərhələsinə keçdiyini söylədi.
Sionist məskunlaşma vahidləri mövzusunda da mütəxəssis olan Tüfəngçi, dünən (29 Aprel Çərşənbə) etdiyi mətbuat açıqlamasında bu təəccüblü məlumatları verdi: “Sionist tərəf üç ana hədəfi reallaşdırmaq istəyir. Birincisi, Qüdsdə Sionistlərin lehinə köklü bir demoqrafik dəyişiklik etmək, ikincisi Qərb Yaxanın şimalını cənubundan qoparmaq, üçüncüsü də paytaxtı Qüds olacaq bir Fələstin dövlətinin qurulmasını maneə törətmək.”

Kidar və Maal Adımım məskənləri ilə ətraflarında yaradılan Yəhudi məskunlaşma vahidlərinin 191 km2lik bir sahəni əhatə etdiyini ifadə edən Tüfəngçi, “Qərb Yaxanı parçalara ayıran bu məskunlaşma vahidləri, Sionistlərin bölgədə bir-birinə bitişik və bütün halındakı bir Fələstin dövlətinin qurulmasını istəmədiyini göstərir” dedi.
Qərb Yaxada heç bir zaman Sionist məskunlaşma vahidlərinin inşaatının dayanmadığına da diqqət çəkən Tüfəngçi, işğal rəhbərliyinin Qüds və Qərb Yaxada 1 milyon adamı yerləşdirmək üçün 5 il içində 73 min məskən tikməyi planladığını ifadə etdi.

Media-islam.com

В этом разделе