İRAQIN İŞĞALINDAN 6 İL ÖTÜR

Bu müharibədə 1 milyon dinc əhali dünyasını dəyişdi "Demokratiya və müstəqillik gətirəcəyik" deyərək başlayan, İraq işğalı 6-cı ilinə girdi. 

İndiyənədək 1 MİLYON mülkü insanın həlak olduğu müharibə, İraqa ağır yaşayış və zülmdən başqa bir şey gətirmədi. İraq xalqı, Ebu Gariplə, həbsxanada edilən işgəncələrlə, xüsusi təhlükəsizlik qüvvələrilə və əsgərlərin qətliamlarıyla işğal zamanı tanış oldular.

Müharibə səbəbilə 3 milyona yaxın mülkü şəxs ölkədəki evlərini tərketmək məcburiyyətində qaldı. Başda Suriya və İordaniya olmaqla, təxminən 2 milyon İraqlı da xarici ölkələrdə yaşayırlar. 

Iraqdakı şiddət, qorxuducu tərəflərilə hələ də davam edir. Paytaxt Bağdatda keçən həftə iki ayrı bölgədə təşkil edilən kamikadze hücumlarında 60 nəfər hayatını itirdi. Ölkədəki mübarizələr isə Mosul və ölkənin şimal hissəsində davam edir.

2 il ərzində əskərlərini geri çağırmağı planlaşdıran ABŞ-ın ölkədəki təhlükəziliyi təmin etmə rolu azaldığı bir vaxtda rəqib qruplar arasındakı iqtidar və hakimmiyyət üçün mübarizənin silahlı münaqişələrə çevrilməsindən narahatdırlar.

Bu müharibədə ABŞ ordusu da itgi verənlər sırasındadır. Müharibədə 4 min 259 ABŞ əsgəri həlak olub. 

Rəsmi məlumatlara görə, hərbi əməliyyatların maliyyə məbləği, indiyənə kimi 605 milyard dollardan çoxdur./XəzərXəbər/


В этом разделе