Bu gün İraqın Mosul şəhəri ərazisində baş verən iki partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. “İtar-tass”ın verdiyi xəbərə görə, ilk partlayış Mosulun 35 kilometrliyində törədilib.
Hadisə nətcəsində beş polis, bir təhlükəsizlik xidmətinin əməkdaşı, həmçinin iki dinc sakin həlak olub. Daha beş nəfər yaralanıb.
Xatırladaq ki, Mosulun mərkəzində törədilən digər terror aktı nəticəsində iki polis ölüb, üç nəfər isə yaralanıb. /ANS PRESS/
İraqda terror aktı nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
Partlayışların hər ikisi Mosul Şəhərində baş verib