İraqdakı BMT missiyası bu ölkənin hökumətinə edam hökmünü ləğv etmək və insan haqlarına riayət olunmasını təmin etmək çağırışı ilə müraciət edib.
313news.net saytının birlik.az saytına istinadən verdiyi məlumata görə bu tələblər BMT-nin Bağdaddakı missiyasının ekspert hesabatındakı tövsiyyələrin siyahısına daxil edilib.
Hesabatdakı məlumatlara görə, 2005-ci ildən bu günədək İraqda 257 nəfər edam edilib. 2010-cu ildə 18 nəfər edam olunub. Hazırda İraqda 835 nəfər məhkum özünün edamını gözləyir.