İraqda dəhşətli cinayətlər

İraqın müxtəlif şəhərlərində meydana gələn qanlı cinayətlərdə çox sayda insan xəsarət alıb.

İslam-Azeri.az internet Qəzetinin "Kanal 3"-ə istinadən verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdadın 170 kilometr şimalındakı Tuz Hurmato şəhərində təhlükəsizlik liderlərindən birini hədəf alan terror aktında 1 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb.

Mosul şəhərində yol kənarına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində isə 1 uşaq və 1 polis xəsarət alıb.

Bağdadda polis komandiri, evinin yaxınlığında kamikadzenin hücumu nəticəsində həyatını itirib. Hadisə nəticəsində 2 nəfərdə yaralanıb.

Paytaxtda başqa bir kamikadzenin özünü partlatması isə 1 ana və övladının ölməsinə səbəb olmuşdur.

Kərkükdə polis avtomobilinə atılan əl qumbarasının partlaması 2 nəfərin yaralanmasına səbəb olub.

Ramadi şəhərində isə kamiakdze polis bölməsinin qarşısında özünü partladıb, 3 polis xəsarət alıb.

Hit şəhərində Terrorla Mübarizə Müəssisəsinin sədrinin evinin qarşısında kamikadzenin özünü partlatması nəticəsində 3 nəfər dünyasını dəyişib, 3 nəfər xəsarət alıb.

В этом разделе