İraqda Birlik Cüməsi adlı aksiya keçirilib

İraqlı nümayişçilər ərəb və qərb dövlətlərinin bu ölkənin daxili işlərinə qarışmasını pisləyiblər.

İslam-Azeri.az İnternet qəzetinin İRİB-ə istinadən verdiyi xəbərə görə, Bağdadda dinc nümayiş keçirərək bəzi ərəb və qərb dövlətlərinin İraqın daxili işlərinə qarışmalarını pisləyib .

Onlar həmçinin İraq şəhərlərində təhlükəsizlik vəziyyətinin düzəlməsini və ölkədə əmin-amanlığın yaxşılaşmasına dair səylərin artırılmasını tələb ediblər.

İraqlı nümayişçilər öz şüarlarında ölkənin ərazi bütövlüyü və vəhdətinin qorunmasını da istəyiblər.

Əksər nümayişçilərin xalqı vəhdətə çağırması elə bir haldadır ki, bu yaxınlarda əl-Əraqiyə siyahısının üzvü olan İraq parlamentinin sədri qalmaqallı çıxışında sünnilər üçün ayrıca bir məntəqənin yaradılmasını istəmişdi.

В этом разделе