İraqda avtomobilin partlaması nəticəsində 32 şiə zəvvar həlak olub

Ötən cümə günü Bağdadın cənubunda avtomobilin partlaması nəticəsində 32 şiə zəvvar ölüb, 154 nəfər isə yaralanıb.

 APA-nın CNN-nə istinadən verdiyi məlumata görə, bu barədə İraqın Daxili İşlər Nazirliyi xəbər yayıb.

Qeyd edək ki, Kərbəla şəhərində yerləşən İmam Hüseynin müqəddəs ziyarətgahında zəvvarlar Aşuranın 40-cı gününü qeyd etdiyi zaman ardıcıllıqla iki partlayış baş verib.

Xatırladaq ki, cümə günü baş vermiş digər bir terror aktı nəticəsində də insan tələfatı olub. Bağdad şəhərinin yol kənarında qoyulmuş bombanın partlaması nəticəsində 1 şiə zəvvar həlak olub və 15 nəfər isə yaralanıb.

Xatırladaq ki, Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin 680-ci ildə Kərbəla yaxınlığında gedən döyüşlər zamanı şəhid olması ilə əlaqədar hər il minlərlə zəvvar ziyarətgaha gələrək bu qanlı faciənin ildönümünü qeyd edirlər.

В этом разделе