İraqda 4 işğalçı ABŞ əsgəri öldürüldü... ABŞ geri çəkilir

İraqda 2003-cü il işğalından sonra Amerikan əsgərlərinin gecə yarısından sonra şəhər mərkəzlərindən çəkilməsindən əvvəl dünən 4 Amerikan əsgərinin öldürüldüyü bildirildi.


RastXəbər: ABŞ ordusu adına edilən şərhdə, əsgərlərin qarşıdurmada öldürüldüyü yazılarkən, əlavə detal açıqlanmadı.
İraqda döyüşün başladığı mart ayı 2003-dən bu yana ölən Amerikan əsgəri sayı 4323-ə yüksəldi.


İraqda Mart 2003-dən bəri şəhər və qəsəbələrdə vəzifə yerinə yetirən Amerikan əsgərləri, bu gün bu şəhər və qəsəbələri boşaldıb geri çəkilir. ABŞın 2003-cü ildə yeni və demokratik bir həyat vədi ilə işğal etdiyi İraqdan geriyə isə qan və gözyaşı qaldı. Ölkəyə yeni bir demokratiya vədi ilə girən ABŞ-ın bu ifadəsindən uzaq hərəkət etməsi səbəbiylə ölkədə yüz minlərlə adam həyatını itirdi. İnsanların evsiz, uşaqların yetim, qadınların isə dul qalmasına səbəb oldu. İraqda ABŞ-ın işğal ilə birlikdə təxminən 5 milyon adam mühacir oldu. Samirra şəhərində 2006-cı ildə Şiələr tərəfindən müqəddəs sayılan Əsgəriyə türbəsinin bombalanmasının ardından artan məzhəb qarşıdurmaları səbəbiylə təxminən 4 milyon İraqlı yaşadıqları yerlərdən başqa səmtlərə, şəhərlərə ya da xaricə köç etmək məcburiyyətində qaldı. 

313NEWS.NET


В этом разделе