İraq xristianları şiələrin təkfir edilməsini şiddətlə qınadılar

İraq xristianları

313news.net saytının verdiyi xəbərə əsasən İraq məsihiləri bir məlumat nəşr edərək fanatik vahabi Ərəbistan müftilərinin Şiələri təkfir edən və Şiə məzhəbi müntəsiblərinin qanının tökülməsi istiqamətində hərəkət oyandıran son cəhdlərini şiddətlə qınadılar.

İran Quran Xəbər Agentliyinin "Berasa" Xəbər Agentliyindən bildirdiyi xəbərə görə İraq Məsihiləri 15 Mayda İraqın "Babil" şəhəri küçələrində toplanaraq, Məscidül Həramın camaat imamı Adil Əlkəlbaninin Şiə alimlərini təkfir edən axmaq fikirlərini ortaya qoymasını şiddətlə tənqid etdilər.

Babil şəhərindəki Hz. Məryəm (s. a) Kilsə Oskofu Sami Vəkil mövzuyla əlaqəli bunları dilə gətirdi: Əlkelbaninin BBS televiziya kanalı ilə etdiyi fanatizm dolu danışığı Ərəb ümməti arasında uçurum yaradılması istiqamətində ortaya qoyulan bir sui-qəsddir və Məscidül Həram camaat imamı mühafizəkar bu danışmasıyla dünya Ərəb birlik və birliyinin parçalanmasını hədəf almışdır.

Sami Vəkil: İraq Məsihiləri bu ölkənin Şiə və Sünniləriylə birlikdə Əlkəlbani və Ərəbistanın digər vahabi müftilərini şiddətlə qınamaqdadırlar.

Ərəbistanın vahabi və sələfi müftiləri ki Məscidül Haram camaat imamı Adil Əlkəlbani bunlardan biridir, son günlərdə nəşr etdikləri fanatizm dolu fətvalarında Şiə məzhəbini təkfir etmiş və Şiə mənsublarının qanının tökülməsinin də mübah olduğunu elan etmişlər.

В этом разделе