İraq vitse-prezidenti ABŞ-ı indiyə qədərki işğalçı əməliyyatlara görə “yıxıb-sürüdü”

Amerika hərbçilərinin İraqdan çıxarılması, ölkədə təhlükəsizlik sahəsində vəziyyəti yaxşılaşdırmağa imkan verəcək. İraqın vitse-prezidenti Tarik əl-Haşimi çıxış edib, - “İslamNyus” xəbər verir.

313news.net saytının deyerler.org saytına istinadən verdiyi məlumata görə “İraqlılar həm region, həm də dünyada müəyyən rol oynamaq üçün İraqın hərbi potensialını bərpa etməkdə tam qərarlıdır. Biz, ölkəmizin inkişafı və bərpa edilməsi proseslərini tam müdafiə edəcək güclü ordu yaratmaq niyyətindəyik. Bu orda uzun illər ərzində verdiyimiz itkilərdən qurtulmağa imkan verəcək”, - deyə əl-Haşimi vurğulayıb.

“Amerikalıların bu ölkədə olması – çıxış yolu deyil, onlar yalnızca problemlər yaradır. 2003-cü ildə İraqa xarici qüvvələrin yeridilməsi təhlükəsizliyi darmadağın etdi və qonşu ölkələrdə allergik reaksiyaya səbəb oldu. Hadisələr göstərir ki, onlar bu ölkədən çıxarılması təhlükəsizliyi daha da gücləndirəcək”, - deyə İraq vitse-prezidenti vurğulayıb.

Vitse-prezident onu da bildirib ki, Amerika uzun illər ərzində öz silahlarını ən baha qiymətlərlə İraqa satıb. Onun sözlərinə görə, Amerikanın satdığı texnologiyalara malik kifayət qədər ölkə var və onlar həmin texnologiyaları kifayət qədər aşağı qiymətlərlə İraqa satmağa hazırdırlar. “Ümid edirəm ki, yaxın gələcəkdə İraq Rusiya, Varşava müqaviləsi ölkələri, Cənub-Şərqi Asiya və Avroppa İttifaqı ölkələrə üçün açılacaq. Bir çox dövlətlər var ki, onların ABŞ-ın istehsal etdiyi silah və texnologiyalara analoji silahları var”, - deyə Haşimi əlavə edib.

В этом разделе