İraq Türkiyəyə öz ərazisində hərbi baza yaratmağa icazə verəcək

İraq vitse-prezidenti PKK-ya qarşı qəti addımların vaxtının çatdığını bəyan edib. İraq hökuməti PKK terror təşkilatı ilə mübarizə aparmaq üçün Türkiyəyə ölkənin şimalında hərbi baza yaratmağa icazə verə bilər. “Sabah” qəzetinin verdiyi məlumata görə, bu barədə İraqın vitse-prezidenti Tarik əl-Haşimi bildirib.

Əl-Haşimi artıq PKK-ya qarşı qəti addımların vaxtının çatdığını vurğulayıb: “Biz regionda PKK problemini özümüz həll etməliyik, ya da Türkiyəyə müvəqqəti baza yaradaraq dağları təmizləməyə icazə verməliyik”. Lent.az


В этом разделе