İraq Müdafiə Nazirliyi: əl-Qaidənin İraq məsulu Bağdadi əlimizdədir

İraq Müdafiə nazirliyi, terrorist əl-Qaidə təşkilatının İraq məsulu Əbu Ömər Əl-Bağdadinin bu ölkədə həbs olunduğu xəbəri təsdiqlədi.


Qatar əl-Cezire xəbər kanalının bildirdiyinə görə, İraq Baş naziri Nuru Maliki daha əvvəl, terrorist əl-Qaidə təşkilatının İraq Qolu Komandiri əbu-Ömər Əl-Bağdadinin İraqda nəzarətə alındığı xəbərini bildirmişdi. 

İraq Müdafiə nazirliyi Spikeri Məhəmməd əl-Əsgəri əl-Arakıya TV Kanalına verdiyi müsahibəsində, özünü İraq İslami hökuməti Başçısı olaraq tanıdan əbu-Ömər Əl-Bağdadinin ötən Cümə axşamı günü, nəzarətə alındığını bildirdi. 

Əl-Bağdadinin iki ay əvvəldən İraq təhlükəsizlik güclərin tərəfindən qarovul altında tutulduğunu və daha sonra Amerikan əsgəri güclərindən heç bir kömək tələb etmədən həbs olunduğunu ifadə edən, İraq Müdafiə nazirliyi Spikeri ayrıca, dünya mediasının bu xəbəri şübhəylə qarşılamalarının çox əhəmiyyət daşımadığını ifadə etdi.

313NEWS.NET



В этом разделе