İraq kürdləri İsrail-PKK yaxınlaşmasından narahat olduqlarını bəyan edib.
Bu barədə İraqda fəaliyyət göstərən Kürd İslam Birliyi (KİB) bəyanat yayıb. Birliyn yaydığı bəyanatda bildirilir ki, İsrail hökuməti PKK terrorçularından bölgə ölkələrinə qarşı istifadə edir. İraqlı kürdlərə müraciət edən qurum soydaşlarını diqqətli olmağa çağırıb.
İsraillə dostluqdan iraqlı kürdlərə heç bir fayda gəlməyəcəyini bildirən birlik Qəndildəki PKK təmsilçilərini öz əməllərindən çəkinməyə çağırıb. Birlik həmçinin İsrail kəşfiyyatının PKK və onun İran qanadı olan PJAK-ı dəstəklədiyini bildirib.
“Ötən həftə Livanda 3 PKK-çının İsrailin xeyrinə cəsusluğa görə həbs edilməsi terrorçuların bölgədə İsrailin nəzarətində olduğunu sübut edir”, - deyə bəyanatda vurğulanıb.
KİB rəhbəri İsrail mətbuatına verdiyi açqlamada “İsrailin düşməni bizim də düşmənimizdir” deyərək rəsmi Tel-Əvivdən PKK ilə əlaqələrini kəsməyi tələb edib.