İranla bağlı fikrimi dəyişmişəm- eks "Mossad" rəhbəri

İsrailin kəşfiyyat orqanı olan “Mossad”ın keçmiş rəhbəri Meir Daqan İranla bağlı mövqeyində dəyişiklik edib

APA-nın məlumatına görə, M. Daqan İsrail Silahlı Qüvvələrinin nəşr orqanı olan “Lochem” jurnalına müsahibəsində əvvəllər söylədiyi “İrana hərbi müdaxilə etmək axmaqlıq olar” ifadəsini geri götürdüyünü bildirib: “Bu, qapalı qapılar arxasında diqqətsizcə söylənmiş pis bir ifadə idi. Biri də götürüb xəbər kimi dərc etdi. Bunu açıqca söyləyirəm. İranın nüvə proqramının İsrailin strateji mənfəətləri baxımından təhdid olduğuna inanıram”.

Qeyd edək ki, İsrailin sabiq kəşfiyyat rəhbərinin mövqeyini dəyişməsi bu ölkədə artıq İrana qarşı hərbi müdaxiləyə hazırlıq görülməsi kimi qiymətləndirilib.

В этом разделе