İranla alver edən İsraillin ən varlı iş adamı öldü

İranla əlaqələr qurmaqda ittiham edilən İsrailli iş adamı bu gün dünyasını dəyişib

İslam-Azeri.az İnternet qəzetinin İsrail mediasına istinadən verdiyi xəbərə görə, İranla əlaqələr qurmaqda ittiham olunan İsrailli biznesmen Sami Ofer bu gün öz evində ölüb.

Sami Ofer fəal bank və daşınmaz əmlak, o cümlədən gəmiçilik biznesi ilə məşğul olub.

Ofer Forbes jurnalına görə, İsrailin ən varlı, dünyanın isə 79-cu varlıq adamı olub.

Onun 10 milyard dollar pulunun olduğu önə çəkilir.

Qeyd edək ki, Sami Ofer İrana gəmi satmaqda ittiham olunurdu.

В этом разделе