![](/up/news/article/israil/thumb_liberman.jpg)
İsrail hakimiyyəti region üçün təhlükə yaradacaq İranın hücumunu istisna etmir
Bunu bazar günü ölkənin XİN başçısı Aviqdor Liberman bildirib.
SalamNews-un verdiyi xəbərə görə, o, “İnterfaks”a verdiyi müsahibədə deyib ki, biz hadisənin inkişafı barədə heç bir variantı istisna etmirik. İran təkcə İsrail üçün problem deyil və bütün dünya cəmiyyəti üçün, ilk öncə, Fars körfəzin ölkələri üçün təhlükəlidir. Bu, azad dünyanın problemidir və azad dünya bu məsələ ilə bağlı qərar verməlidir.