İran-İraq sərhədləri açıldı

İslam-Azerinin İRİNN-ə istinadlı xəbərinə görə, İran və İraq arasındakı Mehran sərhəd qapısının yenidən açıldığı bildirilib.


Mehran Qubernatorluğundan verilən açıqlamaya görə, İran və İraq arasındakı sərhəd qapılarından biri olan Mehran qapısı bu gün günorta yenidən açıldığı bildirilir. İraqda son terror aktında 30-dan çox İran vətəndaşının öldüyünə görə sərhəd qapıları 24 saat müddətinə bağlanmışdı.

Rəsmi Tehran, bu terror aktlarının ABŞ himayəsindəki terrorçular tərəfindən törədildiyini bildirmişdi.

İslam-Azeri.az 



В этом разделе