İran Fələstini hətta pilotsuz təyyarə ilə də silahlandırıb- İsrail

İsrail hakimiyyəti Təl-əvivin vurulmasından sonra ikinci şok yaşayıb

Fələstin müqaviməti hətta pilotsuz təyyarəyə malikdir. 313news.net-in ABNA-ya istinadlı məlumatına görə, İsrailin "Kanal 10" televiziyası Fələstinə aid olan pilotsuz təyyarənin görüntülərini yayımlayıb. Bu təyyarənin hücum etmək qabiliyyətinə də malik olduğu bildirilir.

Məlumata əsasən İsrail hakimiyyəti Fələstinin bu cür strateji silahlara malik olmasından narahatlığını bildirib. Qeyd olunub ki, Fələstinin bu cür silahları əldə etməsi çox güman ki, İranla bağlıdır və İslam Respublikası bununla bölgədə sabitliyi pozur.

Qeyd edək ki, hələ bir neçə gün öncə Fələstin müqaviməti İran istehsalı olan "Fəcr" raketləri ilə Təl-əvivə zərbələr endirmişdi. İsrailin "Dəmir qübbə" adlandırdığı raketdən müdafiə sistemi buna tab gətirə bilməmişdi.

В этом разделе