İordaniya ölkə ərazisindən silahların Suriyaya keçməsinə razılıq verib - "The Guardian"

"İordaniya ölkə ərazisindən silahların Suriyaya keçməsi ilə bağlı Səudiyyə Ərəbistanına razılıq verib"

SalamNews–un “alhayat.com”a istinadla verdiyi xəbərə görə, bu barədə məlumatı Britaniyanın “The Guardian” qəzeti dərc edib. Qəzet yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İordaniya sərhədində Suriya müxaliflərinə silahları təhvil verib. Həmçinin məlumatda bildirilir ki, İordaniya belə silahların təhvil verilməsində tranzit rola malikdir, amma hakimiyyət qarşıdurmalarda ön cəbhədə olmamağa üstünlük verir.

Britaniya qəzetində son iki ayda Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin Suriya müxalifətini silahlandırmağı genişləndirdiyi də yazılıb.

Bu arada Livan hökuməti Suriyadan ölkə ərazisinə düşən raketlərə görə Ərəb Dövlətləri Liqasına (ƏDL) rəsmi şəkildə şikayət edib.

В этом разделе