Kərbəladan verilən xəbərdə bildirilir ki, İraq polisi qadın paltarı geyinərək Kərbəladə terror aktı törətmək istəyən şəxsi yaxalayıb.
Kərbəla polisinin mətbuat xidmətinin verdiyi məlumata görə polis həmin şəxsi Beynul-Hərəmeynə giriş məntəqələrinin birində həbs edib.
İlkin araşdırmalar nəticəsində aydın olub ki, həmin şəxs İmam Hüseynin(ə) hərəminə daxil olaraq hərəmi partlatmaq niyyətində olub.