“İcazənin olmamasını” bəhanə edərək, Əhli-beyt (ə) məscidini bağlayır

Ərəbistan məmurları, Əlxəbər şəhərində yerləşən İsmaili Əhli-beyt (ə) davamçılarının məscidinin möhürlənməsi qərarını verdi.

Bununla, bu il Ərəbistanın şərq məntəqəsində bağlanan dördüncü məscid haqqında xəbər verilir. Əhli-beyt (ə) davamçılarının məscidinin bağlanma qərarı veriləndən sonra təhlükəsizlik qüvvələri Ərəbistanın şərq məntəqəsində, Əlxəbər şəhərində yerləşən ən böyük məscidi “icazənin olmaması“ bəhanəsi ilə bağlamışdılar. Xatırladaq ki, keçən həftə şəhərin məmurları bu məsciddə namaz qılmağı qadağan etmişdilər və onun boşaldılması üçün bir həftə vaxt vermişdilər.
Qeyd etmək lazımdır ki, bu məscid 17 il əvvəl inşa edilmişdir və bu böyük məsciddə minə qədər inanclı insan ibadət edirdi.("Dəyərlər" AİN)


В этом разделе