Misirin sabiq prezidenti Hüsnü Mübarək xəstəxanaya yerləşdirilib
Milli.Az xəbər portalının «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, ürək tutması diaqnozu qoyulan Mübarəki müayinə etmək üçün Almaniyadan həkimlər qrupu Misirə dəvət olunub.
Sabiq prezident prokurorluqda dindirilən zaman qəflətən özünü pis hiss edib və Şarm əş-Şeyxdəki xəstəxanalardan birinə yerləşdirilib. Sonradan özünə gələn Mübarəkin dindirilməsi yatdığı palatada davam etdirilib.
Qeyd edək ki, eks-prezident ölkədəki çevriliş zamanı nümayişçilərə atəş açılmasına göstəriş verməkdə və bir sıra korrupsiya cinayətlərində ittiham olunur.