Məhkəmə Suzan Mübarəki Misirdə cümhuriyyəti devirmək, kral səltənəti qurmaq istəməkdə, ittiham edib
Ötən gün Misirin paytaxtı Qahirədə baş tutan 1 may nümayişində akisya iştirakçıları xalq məhkəməsi quraraq Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarəkin edam edilməsini tələb ediblər. Təhrir meydanında qurulan məhkəmədə müstəntiq və hakim Hüsnü Mübarək zamanında fəaliyyətdə olan lakin məsuliyyətə cəlb olunmayan insanların məsuliyyətə cəlb olunmasını tələb ediblər. Hüsnü Mübarəkin həyat yoldaşı ilə yanaşı kənd təsərüfatı naziri Yusif Vəli haqqında da cinayət işinin açılmsı tələbi irəli sürülübANS PRESS "Accociated press"ə istinadən xəbər verir.
Baş tutan qiyabi məhkəmə prosesində digər nazirlər haqqında da ittihamlar irəli sürülüb. Məhkəmə Suzan Mübarəki Misirdə cümhuriyyəti devirmək, kral səltənəti qurmaq istəməkdə, Kənd təsərrüfatı nazirini İsraildən xərçəng xəstəliyinə səbəb ola biləcək dərmanlar almaqda ittiham edib. Daha sonra ittihamçı tərəf cinayyətkarların edama məhkum edilməsini təlb edib. Məhkəmə prosesi şahidlərin dindirilməsi üçün mayın 20-nə kimi təxirə salınıb. Qeyd edək ki, növbəti proses də Təhrir meydanında qurulacaq məhkəmədə davam edəcək.