“Hizbullah”ın əməliyyatı HHQ-nin komandanını istefaya göndərdi

İsrail rejiminin Hərbi Hava Qüvvələrinin komandanı Doron Gavişi vəzifədən istefaya göndərilib.

İslamazeri.az İnternet Qəzetinin MAA-ya istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" təşkilatının hava hücumundan müdafiə qüvvələrinin kəşfiyyat əməliyyatı işğalçı İsrail rejimində yüksək ranklı məmur dəyişikliyinə səbəb olub.

Belə ki, "Hizbullah"a məxsus pilotsuz təyyarənin İsrail işğalı altındakı Fələstin torpaqlarının hava məkanında uçması və sionistlərin mühüm strateji hərbi mərkəzlərindən məlumatlar toplamasından sonra, sionist rejiminin Hərbi Hava Qüvvələrinin komandanı Doron Gavişi vəzifədən istefaya göndərilib.

Fələstin mənbələrinin məlumatına görə, HHQ-nin komandanı vəzifəsinə Şahir Şohhat təyin edilib. Şahir Şohhatın Qəzza zolağını müntəzəm aviazərbələrə məruz qoyması ilə rejim rəhbərliyinin rəğbətini qazandığı bildirilir.

В этом разделе