Hizbullah:"Dünyanın ən böyük terrorçu dövləti ABŞ-dır"

İslam-Azeri-nin Əl Mənar telekanalının rəsmi saytına istinadlı xəbərinə görə:


ABŞ administrasiyasının Hizbullahı terrorçu adlandırmasına cavab olaraq Livan Hizbullah hərəkatı bəyənat verib.


Bəyənatda"Cənab Cefri Feltman elə bəyənatlar verir, elə bil Livanın partiyalarının təmsilçilərindən biridir. Görünür hələ də Feltman ölkəsinin bölgədəki məğlubiyyətinin şokundan əziyyət çəkir. Onun kimilərin insanlara ad qoyması, həqiqətləri təhrif etməkdən tərəddüd etməməsi onların ümüdsüz və uğursuz siyasətlərinin nəticəsidir"-deyilir.


Hizbullah həmçinin bəyənatda ABŞ-nin onları terrorçu adlandırmasından qürur duyduqlarını bildirərək: "Faktlar isə onu göstərir ki, dünyanın ən böyük terrorçu dövləti ABŞ-dir"-deyib.


Livan Hizbullahı terrora nə Livan daxilində nə də ki, Livan xaricində dəstək vermədiklərini önə çəkərək, bunun əksinə olaraq başda İsrail olmaqla terrora ABŞ-nin dəstək verdiyini bildirib.


Diqqətiniəz çatdıraq ki, ABŞ Xarici İşlər nazirliyinin rəsmisi, ABŞ administtrasiyasının Yaxın Şərq ölkələri üzrə ekspertlərindən, vaxtilə Livandakı ABŞ səfirliyinin diplomatlarından olan Cefri Feltman açıqlamasında Livan Hizbullahının Livanda demokratiyaya zidd olduğunu və terrora dəstək verdiyini bildirmişdi.

В этом разделе