«Hizbullah» tərəfdarları Livanda yürüş keçiriblər

«Yeni Şərq»in «Əl Mənər» televiziyasına istinadən verdiyi məlumata əsasən, Livanda minlərlə «Hizbullah» tərəfdarı Baalbək şəhərində bir araya gələrək dəstək yürüşü keçirib.

«Əl Mənər» televiziyası əllərində sarı rəngə olan «Hizbullah» bayraqlarını tutan insanların və nəhəng ekranda onlara müraciət nitqini söyləyən təşkilat lideri Şeyx Həsən Nəsrullahın əks olunduğu kadrları yayımlayıb. Şeyx Nəsrullah bildirib ki, iyunun 6-sı keçiriləcək parlament seçkilərində «Hizbullah»ın başçılıq etdiyi koalisiya qalib gələrsə, partiya seçkiqabağı kampaniyada verdiyi bütün vədləri yerinə yetirəcək.

Nəsrullahın sözlərinə görə, müxalifət əsas diqqəti ordunun qurulmasına yönəldəcək və əmin olacaq ki, silahlı qüvvələr Livanın müdafiəsinə hazırdır. Partiya lideri Amerika Birləşmiş Ştatlarının Livan ordusuna yardım etməsi barədə yayılan fikirləri rədd edib. O, ABŞ deyil, İranın Livan ordusuna kömək etməyə hazır olduğunu bildirib.
«Yeni Şərq»

В этом разделе