Hizbullah Mossadın 3 agentini deşifrə etdi

İsrailə cəsusluq edən növbəti cəsus şəbəkəsi həbs edilib.

İslam-Azeri-nin Livan KİV-lərinə istinadlı xəbərinə görə 25 apreldə İsrailin Mossad kəşfiyyat idarəsinə işləyən 3 nəfər həbs edilib.

Həbs edilənlərin ikisinin Livanlı birinin isə fələstinli olduğu önə çəkilir.

Mossada cəsusluq edənlərin Livan müqaviməti olan Hizbullahın barəsində məlumatlar toplamaq tapşırığı verilibmiş.

Cəsusların bir müddət əvvəl həbs edilən general Ədib Ələmin rəhbərliyi altında fəaliyyət göstərdiyi də artıq sübut edilib.

Hal hazırda digər cəsusların aşkarlanması üçün Livan kəşfiyyatı və Livan Hizbullahı əməkdaşlıq edərək əməliyyatlar apardığı da qeyd edilir.


İslam-Azeri.az


В этом разделе