Hizbullah Livanda necə bir dövlət istəyir?

Media-İslam.Com saytının İsra x.a-nə istinadən verdiyi xəbərə əsasən Hizbullahın Livan Məclis Qrup Başçısı Məhəmməd Raad, Livanda necə bir dövlət quracaqlarını açıqladı. Hizbullahın Livan Məclis Qrup Başçısı Məhəmməd Raad, "Kim, dövlət qurmaq istəyirsə əvvəlcə bu dövlət üçün qanını verməsi lazımdır" dedi.

Arnon şəhərində Hizbullah tərəfindən təşkil edilən bir konfransa natiq olaraq qatılan Raad "Biz bu güclü və ədalətli dövləti qurmaq üçün çalışırıq. İnsanların haqqlarını güdəcək, təhdidlərə qarşı bir dövlət üçün mübarizə edirik" dedi.

Livanın cənubunda yaşayanların bir sıra ictimai haqqlarından məhrum qaldıqlarını ifadə edən Raad "Livanın cənubundakıların ən təbii haqqlarından da məhrum qalmaları qəbul edilə bilməz" deyə danışdı, Livanın cənubunun da sərmayəçilər üçün əlverişli hala gətirilməsi lazım olduğunu ifadə etdi.

Vətəndaşlar arasındakı ayrı-seçkilikçiliyə və məzhəbi səbəblərlə insanların bir-birinə qışqırdılmasına qarşı olduqlarının vurğulayan Raad, "Bu məsuliyyətdən imtina etməyəcəyik dedi!


WWW.MEDIA-ISLAM.COM



В этом разделе