Hizbullah Əhdini Təzələdi: Fələstin Xalqının Yanında Olacağıq

Media-İslam.Com saytının İsra Haberə istinadən verdiyi xəbərə əsasən Livan İslami Müqaviməti Hizbullahın Cənub Livan səlahiyyətlisi Şeyx Nəbil Kavuk, dünən etdiyi bir danışmasında, Livan və Fələstin müqavimətinə dəstəyindən ötəri İran xalqına və hökumətinə təşəkkür etdi.

Şeyx Kavuk, "İran, 2006 İyul döyüşündən sonra vədlər etdi və vədlərinə sadiq qaldı. Vəd etdiklərindən daha da çoxunu etdi. İran xalqına və hökumətinə təşəkkür edirik" dedi.

Şeyx Kavuk, danışmasını belə davam etdirdi: "İran, Fələstin və Livan müqavimətinin qaynağıdır. Gerçəkləri təhrif edənlər, İsrailin düşmənliyini görməməzlikdən gələnlər və İranın Fələstinə olan dəstəyini qınayanlar, müqavimət xalqlarını təmsil etmirlər."

Şeyx Kavuk son olaraq, "Hizbullah, Fələstin xalqının yanında qalmağa davam edəcək" dedi.

Hizbullahın rəhbəri Həsən Nəsrullah da 2 gün əvvəl etdiyi danışmasında Fələstin müqavimət liderlərinin qərar verdiyi hər şeyi dəstəkləyəcəklərini söyləmişdi.

В этом разделе