Qətərdə ABŞ-İslam dünyası forumu keçiriləcək
ABŞ-ın dövlət katibi Hillari Klinton fevralın 13-dən 16-dək Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək. Məlumatı jurnalistlərə dövlət katibinin müavini Filip Krouli verib.
Filip Kroulinin sözlərinə görə, Hillari Klinton iki ölkənin rəhbərləri ilə görüşəcək: “Fevralın 14-də dövlət katibi Qətərin əmiri Şeyx Hamad bin Xəlifə əl-Tani və xarici işlər naziri Hamad bin-Yassim əl-Tani ilə görüşəcək. Həmin gün Qətər hökumətinin təşkilatçılığı ilə ABŞ-İslam dünyası forumu keçiriləcək və Hillari Klinton orada çıxış edəcək”.
Fevralın 15-16-da Səudiyyə Ərəbistanında olacaq Hillari Klinton bu ölkənin kralı və xarici işlər naziri ilə görüşəcək.