Media-İslam.Com saytının Fələstin İnformasiya Mərkəzinə İslami Müqavimət Hərəkatı (Həmas) Şeyx Əhməd Yasinin qanıyla çəkdiyi yolu izləməyə davam edəcəyini ifadə edərək, Fələstin xalqının qəsb edilmiş bütün haqqlarını geri alma, bu torpaqları Siyonistlərin çirkindən təmizləmə, paytaxtı Qüds olacaq müstəqil Fələstin dövlətini qurma tələbiylə, müqavimət seçimindən imtina etməyəcəyini ifadə etdi.
Həmas, Şeyx Əhməd Yasinin şəhid edilişinin ildönümündə (22 Mart Bazar) mətbuatda bəyanat yaydı . Fələstin İnformasiya Mərkəzinə də çatan nəyanatda bu ifadələrə yer verildi: "Mücahid Öndər Şeyx Əhməd Yasinin şəhadəti ildönümü bütün ümməti canlandırdı. Onun şəhadəti, ümməti hərəkətə keçirən bir qığılcım oldu. Tarix təkərini önə doğru hərəkətə keçirdi. Minlərlə dilin ‘haqsızlığa, zülmə və təzyiqlərə xeyr' deyə qışqırmasını təmin etdi. Budur Şəhid Yasinin uşaqları indi ölkəni qoruyur, təmiz torpaqlarına gözətçilik edir, onun üçün hər şeyini fəda edir. Yaşadıqları torpaqlardakı qum dənəciklərindən birinə toxunulduğunda əllərindəki silahların və bədənlərindəki ruhun ‘Müqavimət burada, əsla toxunmayın' deyə qışqırdıqları görülür. Burada başı dik Qəzza var. Furqan döyüşündə vəhşi Siyonist gücə qarşı müqavimət göstərən və zəfər qazanan Qəzza var."
Həmas yaydığı bəyanatda ayrıca Siyonist işğal dövlətini də, Qüds şəhərini Yəhudiləşdirmə, əsl ünsürü vəziyyətindəki Fələstin xalqını qovmaq və buradakı İslami izləri silmə siyasətləri mövzusunda xəbərdar etdi.
Bəyanatda əsirlər mövzusuna da toxunularaq, əsirlər mövzusunun özləri üçün prioritetli məsələ olduğu, onların yollanılması üçün əvəzi nə olursa olsun, edilməsi lazım olanı edəcəkləri ifadə edildi.
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016