"Həmas İsraili məhv etməklə bağlı planlarından əl çəkməyib"
"Həmas İsraili məhv etməklə bağlı planlarından əl çəkməyib. Bu bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu Parisdə çıxışı zamanı bildirib. O, Həmasın sülh üçün tərəfdaş olmadığını deyib. "Biz İsraillə sülh istəyən hər bir kəsdən İsraili məhv etmək məqsədindən əl çəkməyi xahiş etdik.Həmas isə İsraili məhv etmək məqsədindən əl çəkməyib. Təəssüflər olsun ki, hər gün bizim şəhərlərə raketlər atılır. Həmas sarı rəngli məktəb avtobuslarına raketlər atır. Biz ancaq sülh istəyən tərəflə sülh əldə edə bilərik.Bizi məhv etmək istəyən düşmən sülh tərəfdarı deyil"ANS PRESS "Accociated press"ə istinadən xəbər verir.
Benyamin Netanyahu sülh üçün ciddi axtarışların danışıqlar yolu ilə ola biləcəyini deyib. O, bu danışıqların BMT-nin diqtəsi ilə deyil, ancaq İsraillə Fələstin arasında əldə oluna biləcəyini vurğulayıb.