HƏMASın, Suriyanın paytaxtı Dəməşqdəki nümayəndələrindən İzzat Əl Ruşok, Ərəb liderlərini Qüdsü İsrail işğalından azad etməyə çağırdı.
İslam-Azeri.az internet Qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Əl Ruşok, Liviyanın Sirte şəhərində təşkil olunacaq Ərəb Birliyi toplantısına səslənərək,"Qüdsü xilas etmək və sionist hücumlarının qarşısının alınması üçün beynəlxalq cəmiyyətə təzyiq göstərmək lazımdır. Buna isə əsl Ərəb iradəsi gərəkdir"-deyib.
Əl Ruşok, Ərəb liderlərindən sionist rejim İsrailin təhdidlərinə sinə gərmələrini istəyib.
HƏMASın Suriyadakı nümayəndəsi, minlərlə Suriyalının İsrailin hücumlarını qınamaq üçün təşkil etdiyi etiraz aksiyasında çıxış edərkən bu sözləri deyib.