Hadisə nəticəsində xəsarət alanlar var
Qəzza zolağında HƏMAS hərəkatının regional liderlərindən birinə məxsus avtomobil partladılıb. “Khaleej Times”ın məlumatına görə, hadisə Fələstinin cənubunda yerləşən Xan-Yunis şəhərində baş verib.
Hadisə nəticəsində iki uşağın xəsarət aldığı bildirilir. Bundan əlavə, yaxınlıqdakı binalara da zərər dəyib. Avtomobilin sahibi Yusuf Sarsur isə xəsarət almayıb.
Partlayışın səbəbləri barədə hələlik məlumat verilmir. /anspress/