HƏMAS İsrailə qarşı kiber müharibəyə başladı

Fələstinin HƏMAS təşkilatı İsrailə qarşı total kibermüharibəyə başladığını bəyan edib

Təşkilatın nümayəndəsi Sami əbu Zuhri Fələstinin Qəzza bölgəsində çalışan jurnalistlərə açıq məktub yollayaraq İsrailə qarşı kibermüharibəyə başladıqlarını bildirib.

"Bütün dünyadakı ərəb hakerləri İsraillə virtual müharibəyə səsləyirik. Bu elektron savaş mübarizəmizdə yeni mərhələ olacaq", - Zuhri bildirib.

Milli.Az "The Guardian"a istinadən bildirir ki, çağırışdan sonra İsrailə məxsus "il" domen zonasındakı önəmli saytlara hücumlar başlayıb.
İsrailin Yanğınsöndürmə Xidməti, XİN başçısının müavini Dani Ayalonun saytı, habelə Təl-Əviv birjası və İsrailin "El-Al" aviaşirkətinin rəsmi saytlarına da güclü haker hücumları olub.

On minlərlə israillinin telefon və kredit kart nömrələri artıq internetdə yayılıb.
İsrailə qarşı kibermüharibəyə "Hizbullah" da dəstək verir.

В этом разделе