HƏMAS Fələstin Müqavimət Hərəkatının və İsrail rəhbərliyinin nümayəndələri gizli görüş keçiriblər. Bu barədə şənbə günü Londonda çıxan pan-ərəb qəzeti "Al-Shark Al-Awsat" yazıb.
Qəzetin anonim Fələstin mənbəyinə istinadən yazdığına görə, görüş çərşənbə axşamı İsrailin Netaniya şəhərində HƏMAS hökumətinin keçmiş maliyyə naziri Ömər Əbdül Rəzzaq və İsrail rəsmiləri arasında olub.
313news "trend"-ə istinadən xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin yazdığına görə, gizli görüşün məqsədi HƏMAS tərəfdən üç il bundan əvvəl tutulmuş İsrail əsgəri Qilad Şalitin qaytarılması və hərəkatın Dəməşqin qərb sahilinin israilli rezidentlərinin İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi üçün oğurlanması ilə bağlı etdiyi çağırış üzrə danışıqların aparılması olub. "İsrail rəhbərliyi hərəkat liderlərini düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb", - qəzet yazır.
HƏMAS gizli görüşün keçirilməsi ilə bağlı məlumatı təkzib edib.
2008-ci ilin dekabrın sonunda İsrail Qəzza bölgəsində HƏMAS rəhbərliyinə qarşı genişmiqyaslı hava və yerüstü əməliyyat keçirməyə başlayıb. Buna səbəb İsrail ərazisinə arasıkəsilməyən raket zərbələrinin endirilməsi olub. Anklav, 2007-ci ildə Qəzzada hakimiyyət HƏMAS üzvlərinin əlinə keçdikdən sonra, üç ildən çoxdur sionist rejimin blokadasındadır.