İsmayıl Haniyyə İslam dünyasına başsağlığı verib
"Dünyanın 1 nömrəli terrorçusu" adlandırılan Usamə Bin Ladenin ölümünə bütün dünyadan münasibət bildirilir. Fələstinin "Həmas" təşkilatı isə bu məsələyə bir qədər fərqli reaksiya verib. 313news.net-in "timeturk"ə istinadlı xəbərinə görə, baş nazir İsmayıl Haniyyə bununla bağlı İslam dünyasına başsağlığı verərək, Bin Ladeni "Müqəddəs döyüşçü" adlandırıb. Həmas nəzarətində olan Qəzza sektorunda matəm elan edib.