![](/up/news/article/thumb_haniyye.jpeg)
Fələstinə yardım gətirən xarici təşkilatlarını qəbul edən baş nazir İsmayıl Haniyyə: "Fələstin xalqı heç vaxt təslim olmayacaq və iradəsi də qırılmayacaq" söyləyib
FaktXəbərin verdiyi məlumata əsasən, ABŞ prezidenti Barak Obamadan Qəzzaya aid fikirlərində ədalət prinsipini öndə saxlamğını istəyən baş nazir İsmayıl Haniyyə, "Fələstin xalqının işğala qarşı dayanmağa davam edəcəyini və iradəsinin heç vaxt qırılmayacaq" -deyə bildirib. Baş nazir İsmayıl Haniyyə, Amerikadan yola çıxaraq Qəzzaya çatan "Həyat Damarı-2" yardım karvanını dünən (16 İyul Cümə axşamı) ofisində qəbul etdikdən sonra etdiyi şərhdə, ABŞ prezidenti Barak Obamadan Qəzzaya tətbiq olunan embarqonun aradan qaldırılması üçün ciddi addımlar atmasını istəyib. Qeyd edək ki, Fələstin xalqının işğala qarşı müqavimət göstərməyə davam edəcəyini ifadə edən Fələstinin baş naziri İsmayıl Haniyyə bildirib ki, "Bütün mənfi şərtlərə baxmayaraq, iradəmiz qırıla bilməyəcək və təslim də olmayacağıq. Stabilliyimiz də getdikcə daha da artacaq".