![](/up/news/article/2012/10/thumbs_syria_homs.jpg)
Ötən gün ərzində Suriyanın müxtəlif rayonlarında Azad Suriya Ordusu ilə hökumət qüvvələri arasında baş vermiş toqquşmalarda ən azı 131 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əl-Cəzirə" telekanalı xəbər verib.
Həlak olanların əksəriyyəti Dəməşq və Homs şəhərlərinin sakinləridir.
Bundan əvvəl Suriya hakimiyyəti İd əl-Ədha (Qurban bayramı) zamanı ölkədə atəşkəs barədə razılıq əldə etmişdi. Buna baxmayaraq, atəşkəs rejimi dəfələrlə pozulub, ölkədə bir neçə partlayış baş verib və bunların nəticəsində əsasən dinc sakinlər, o cümlədən uşaqlar həlak olublar.